Beynəlxalq sanksiyalara məruz qalan bütün Rusiya bankları və lazım gələrsə, digəriləri də SWIFT-dən ayrılacaq.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti şənbə günü axşam Qərb liderlərinin danışıqlarının yekunlarına əsasən bildirib.
Sanksiyaların artırılması qərarı ABŞ, Fransa, Kanada, İtaliya, Britaniya, Almaniya və Avropa Komissiyası tərəfindən qəbul edilib.
"Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları, lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Bu, həmin qurumların beynəlxalq maliyyə axınlarından təcrid edilməsinə yönəlib. Nəticədə onların qlobal fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”, - mesajda deyilir.
“Bundan başqa, Qərb ölkələri Rusiya Bankının beynəlxalq maliyyə əməliyyatları ilə rublun məzənnəsini dəstəkləmək imkanlarını məhdudlaşdırmaq qərarına gəliblər. Zəngin rusların sərmayə müqabilində Avropa vətəndaşlığı almaq imkanı da aradan qaldırılacaq. Avropa İttifaqı öz tərəfdaşları ilə birlikdə rus “oliqarxlarını” beynəlxalq maliyyə aktivlərindən istifadə etmək imkanından da məhrum etmək niyyətindədir”, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
Almaniyanın Maliyyə Nazirliyi əlavə edib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatı dayandırmaqdan imtina edərsə, əlavə sanksiyalar tətbiq oluna bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:38 / 27.02.2022
Qərb razılaşdı: Rusiya bankları SWIFT-dən ayrılacaq
Hazırda oxunan: Qərb razılaşdı: Rusiya bankları SWIFT-dən ayrılacaq
Hazırda oxunan: Qərb razılaşdı: Rusiya bankları SWIFT-dən ayrılacaq
62135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.