Parisdə Xocalı soyqırımı anılıb - FOTO

Parisdə Xocalı soyqırımı anılıb - FOTO

Hazırda oxunan: Parisdə Xocalı soyqırımı anılıb - FOTO

61969

Fransanın paytaxtı Paris şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, fransız elm xadimləri, jurnalistlər, Azərbaycan icmasının və yerli ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Xocalı soyqırımı ilə bağlı kitab və portal təqdim edildi - FOTO


Xalqımızın XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümünü dərin hüzn və kədər hissləri ilə qarşıladığı qonaqların diqqətinə çatdırılıb.

“Xalqımız ölkə ərazilərinin işğalı, kəndlərin, şəhərlərin dağıdılması, dinc əhalimizin qətlə yetirilməsi kimi dəhşətləri yaşayıb. Artıq müharibə dövrü geridə qalıb.

Hazırda dövlətimiz dağıdılmış ərazilərin dirçədilməsi və bərpası istiqamətində iri layihələr həyata keçirməyə başlayıb. Amma zaman keçsə də, Xocalı soyqırımını unutmaq və unutdurmaq mümkün deyil. Qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini hər zaman yad edəcəyik”, - deyə səfir bildirib.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı pianoçu, bəstəkar, Azərbaycanın əməkdar artisti İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı təqdim edilib. Onu Makar Novikov (kontrabas), Saşa Maşın (zərb alətləri) və Bəhruz Zeynal (tar) müşayiət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO