"Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər, amma..." – Çavuşoğludan Ukraynanın tələbinə CAVAB 

Hazırda oxunan: "Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər, amma..." – Çavuşoğludan Ukraynanın tələbinə CAVAB 

61826

“Ukrayna Türkiyəyə Montre konvensiyasını xatırladaraq Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı rəsmi müraciət edib”.  

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.  

“Müharibə olsa, Türkiyə hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də, müharibə iştirakçısı olan ölkələrin donanmasının bazaya qayıtmasına icazə verir. Amma biz müharibə tərəfdarı deyilik” - deyə Çavuşoğlu qeyd edib.  

Qeyd edək ki, fevralın 24-ü səhər saatlarında Rusiya ordusu Ukraynaya qarşı müharibəyə başlayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Donbass və Luqansk Xalq Respublikalarının müstəqilliklərini tanıdıqlarını elan edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO