ABŞ Prezidenti Rusiyaya qarşı SƏRT SANKSİYALARI açıqladı - YENİLƏNİB

ABŞ Prezidenti Rusiyaya qarşı SƏRT SANKSİYALARI açıqladı - YENİLƏNİB

Hazırda oxunan: ABŞ Prezidenti Rusiyaya qarşı SƏRT SANKSİYALARI açıqladı - YENİLƏNİB

61780

ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, ABŞ-ın bu qərarını Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqələndirib.

"Bu gün mən Rusiyaya qarşı yeni sanksiyalara və ixrac məhdudiyyətlərinə icazə verəcəyəm. Rusiyanın dollar, funt sterlinq və yen ilə iş görmək imkanını məhdudlaşdırdıq", - deyə C.Bayden əlavə edib.

C.Bayden baş verənlərin heç bir əsas olmadığını, Vladimir Putinin keçmiş SSRİ-ni bərpa etmək istədiyini deyib:

“Həftələrdir bu vəziyyət yaranmasın deyə xəbərdarlıqlar etdik. Ukrayna sanki Rusiyaya qarşı bir hücum içərisində imiş kimi əsassız bir yanaşma ilə Rusiya hücuma keçdi. Rusiyanın planları kiberhücumlarla da davam etməkdədir. V.Putin administrasiyası hücum və müharibəni seçdi. İndi nəticələri ilə üzləşəcək. Tətbiq edəcəyimiz sanksiyalar vacib nəticələr ortaya qoyacaq".

ABŞ Prezidenti yeni sanksiyaların Rusiyanın ən böyük 4 bankına da şamil ediləcəyini deyib:

"Rusiyada birja tarixdə görülmədiyi qədər gerilədi. Dörd banka daha sanksiya tətbiq edərək, blok qoyduq. Rusiya banklarının 1 trilyonluq vəsaitinə sanksiya tətbiq edildi. Maliyyə sektorları, strateji sektorlar təsirə məruz qalacaq. Rusiyanın texnologiya ilə bağlı ixracatının yarısı da bu təsirdən payını alacaq. Rusiyanın strateji hədəfləri uzun vədəli olaraq təsirə məruz qalacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO