Rusiyalı milyarder səyahət edərkən öldü

Rusiyalı milyarder səyahət edərkən öldü

Hazırda oxunan: Rusiyalı milyarder səyahət edərkən öldü

6170

"OBI" və “Starıy Xottabıç” pərakəndə şəbəkələrinin keçmiş ortaq sahibi, 53 yaşlı İqor Sosin vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda "RBK" telekanalına iş adamının dostları məlumat veriblər. 

Sosinin ölümü barədə məlumatı nəşrə "Falcon Advisers" investisiya şirkətinin qurucusu İqor Kovanov təsdiqləyib. Onun sözlərinə görə, iş adamı Zanzibar adasında səyahət edərkən vəfat edib.

Sosinin tanışlarının dediyinə görə, ölüm səbəbi ürək tutması ola bilər. Həm də nəşrin həmsöhbətləri yazda iş adamının koronavirus xəstəliyinə tutulduğunu qeyd ediblər.

İqor Sosin “Starıy Xottabıç” ticarət şəbəkəsinin qurucularından biri idi. Mövcudluğuna 1994-cü ildə başlayıb.

Daha sonra Sosin layihəni tərk edib və Almaniyanın "OBI" şəbəkəsi ilə ortaq olub. Sosin ömrünün son illərində "Modi" mağazalar şəbəkəsini inkişaf etdirib.

Babək Göyüş, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO