Argentinalı model avtobusun təkərləri altında öldü

Argentinalı model avtobusun təkərləri altında öldü

Hazırda oxunan: Argentinalı model avtobusun təkərləri altında öldü

6168

“Miss World” yarışmasının ilk argentinalı qalibi və “Dior” brendinin 81 yaşlı modeli Norma Cappali avtobusun təkərləri altında qalıb.

Faciə modelin Buenos Ayresdəki evinin yaxınlığındakı avtobus dayanacağında baş verib. Qadın aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “La Nacion” qəzeti yayıb.

"O, avtobusun təkərlərinə dəydi və ağır xəsarətlərlə xəstəxanaya aparıldı, lakin həkimlər onun həyatını xilas edə bilmədi", - deyə mesajda ​​deyilir.

Cappali demək olar ki, bir həftə komada olub, lakin 22 dekabr çərşənbə axşamı ölüb.

Keçmiş modeli öldürən avtobusun sükanı arxasında 28 yaşlı sürücü olub. Onun adı hələ açıqlanmır. Kişi hadisə yerində tutulub və avtobus müsadirə edilib.

"Davam edən pandemiya ona heç bir şəkildə təsir etmədi və indi avtobus sürücüsünün səhlənkarlığı ucbatından vəfat etdi. Depressiyadayıq”. Mərhumun qardaşı qızı Karla Cappali belə deyib.

Norma Gladis Cappali 1960 “Miss World” yarışmasını qazanan argentinalı modeldir.

Belə bir titul alan ilk argentinalı olub. 500 funt-sterlinq və idman avtomobili ilə mükafatlandırılıb. Bundan sonra model Dior və Armani də daxil olmaqla bir çox məşhur moda evi ilə çalışıb.

Babək Göyüş, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO