Putin Ukraynaya qoşun yeritməzdən əvvəl Lukaşenko ilə danışıb

Putin Ukraynaya qoşun yeritməzdən əvvəl Lukaşenko ilə danışıb

Hazırda oxunan: Putin Ukraynaya qoşun yeritməzdən əvvəl Lukaşenko ilə danışıb

61603

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkoya telefonla Ukrayna ilə bağlı vəziyyət barədə məlumat verib. 

Bizim.Media xəbər verir ki, onların söhbəti gecə saat 05:00 radələrində, Putin Donbasda hərbi xüsusi əməliyyat elan etməzdən əvvəl olub.

Belarusun BelTA dövlət agentliyi iki prezident arasında baş tutan söhbət barədə məlumat yayıb.

Mənbə qeyd edir ki, Vladimir Putin Lukaşenkoya “Ukrayna ilə sərhəddə və Donbasdakı vəziyyət haqqında” məlumat verib.

Kreml hələlik danışıqların təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Vladimir Putin bu gün, fevralın 24-də səhər saatlarında ruslara müraciət edib. Orada o, rus qoşunlarının Donbasa daxil olduğunu elan edib. 

Kremlin sahibi iddia edir ki, xüsusi əməliyyat “Ukraynanın demilitarizasiyası və denazifikasiyasına” yönəlib. ABŞ və onun NATO müttəfiqləri bu qərarı tənqid edərək, Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO