Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib.
Bizim.Media xəbər verir ki, Ukraynadakı qondarma DXR və LXR-in müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb. Onların Aİ ölkələrinə daxil olması qadağan edilib. Həmçinin, avropadakı aktivləri dondurulub.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqından Rusiyaya qarşı SƏRT SANKSİYALAR
Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsə qadağa qoyulub.
Həmçinin, Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edilib, onun Aİ-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb.
Bizim.Media