İqor Korotçenko: “Rusiya erməni separatçılarının Qarabağdan çıxarılmasına təsir göstərməlidir”

İqor Korotçenko: “Rusiya erməni separatçılarının Qarabağdan çıxarılmasına təsir göstərməlidir”

Hazırda oxunan: İqor Korotçenko: “Rusiya erməni separatçılarının Qarabağdan çıxarılmasına təsir göstərməlidir”

61243

Rusiya Federasiyası və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyevin bu günkü görüşündə Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin (separatçılar) Qarabağdan çıxarılması müzakirə olunacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Milli Müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko Info24-ə açıqlamasında səsləndirib.

“Bundan əvvəl Kreml iki lider arasında elan edilən danışıqların fevralın 22-də baş tutacağını, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə başa çatacağını təsdiqləyib. Amma müzakirə olunacaq ilk məsələ 2021-ci ilin yanvarında və ötən ilin payızında Soçi sammitində verilən üçtərəfli bəyanatların həyata keçirilməsidir”, deyə Korotçenko qeyd edib.

“Bu gün əsas məsələ Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə salınmasıdır. Bu, Cənubi Qafqaz regionunun sabitliyinin və dinc inkişafının mühüm elementlərindən biri olacaq.

İkincisi, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıdır. Rusiya bu məsələdə öz məsləhətini verir. Və nəhayət, Ermənistanın qanunsuz silahlı birləşmələrinin çıxarılması. Fikrimcə, Rusiya bunu tam təmin etmək üçün öz siyasi təsirindən istifadə etməlidir”, deyə hərbi ekspert əlavə edib.

Onun sözlərinə görə, Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə sadiqliyinə hörmət edib:

“Moskva ilə Bakı arasında münasibətlər müsbət, dinamik və konstruktivdir. Bu, hər iki ölkə prezidenti - Vladimir Putinin və İlham Əliyevin xidmətləridir. Azərbaycan Rusiyanın postsovet məkanında və bütövlükdə dünyada əsas strateji tərəfdaşlarından biridir. İlham Əliyev 2-ci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın dünya miqyasında öz nüfuzunu və mövqeyini möhkəmləndirmiş əsas beynəlxalq siyasətçidir”.

İqor Korotçenko hesab edir ki, Qarabağ münaqişəsi keçmişdə qalıb və bu, həm də Azərbaycanın statusunun artmasına kömək edir.

“İlham Əliyevin Moskvaya gözlənilən səfəri çox mühümdür və Rusiyanın ekspert icması onu alqışlayır, çünki bu, Rusiya Federasiyası ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrində, xüsusilə siyasi, ticarət-iqtisadi, hərbi-texniki, təhsil, mədəni sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcək”, deyə baş redaktor yekunlaşdrıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO