Rusiya beynəlxalq maliyyə bazarlarından kənarda qalacaq - Avropa Komissiyasının sədri

Rusiya beynəlxalq maliyyə bazarlarından kənarda qalacaq - Avropa Komissiyasının sədri

Hazırda oxunan: Rusiya beynəlxalq maliyyə bazarlarından kənarda qalacaq - Avropa Komissiyasının sədri

61090

Avropa İttifaqı artıq Rusiyaya Ukraynaya genişmiqyaslı müdaxiləyə qərar verəcəyi təqdirdə ona qarşı sərt sanksiyalar paketi hazırlayıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen sanksiyaların bəzi təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna işğal olunarsa, Rusiya beynəlxalq maliyyə bazarlarından kənarda qalacaq, həmçinin əsas ixrac mallarına daxil ola bilməyəcək.

“Ancaq biz həmişə Rusiyaya diplomatiyaya və danışıqlar masasına qayıtmaq şansı verməliyik. Bu pəncərə hələ də açıqdır” deyə Von der Leyen bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub – FOTO


Avropa Komissiyasının sədri qeyd edib ki, sanksiyalar “Rusiyanın iqtisadiyyatını modernləşdirmək və şaxələndirmək üçün təcili ehtiyac duyduğu və bizim istehsal etdiyimiz bütün mallara” tətbiq olunacaq.

Von der Leyen "onları əvəz edəcək heç bir şeyin olmadığını" vurğulayıb.

Avropa Komissiyasının rəhbəri həmçinin deyib ki, Rusiyanın zəifliyi onun yanacaq ixracından asılı olmasıdır.

“Bu, Rusiyanın ixracının üçdə ikisini təşkil edir və büdcəsinin yarısı ondan asılıdır”, - Avropa Komissiyasının sədri bildirib.

Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel xarici işlər nazirləri səviyyəsində Aİ Şurasına Ukraynaya növbəti müdaxilə halında Rusiya Federasiyasına qarşı sərt sanksiyalar paketini təsdiq etməyi təklif etmişdi.

Avropa diplomatiyasının rəhbəri həmçinin bəyan edib ki, Rusiya qoşunlarının müəyyən hissələrinin Ukrayna sərhədindən çıxarılmasına dair heç bir sübut yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO