Bayden Putinlə görüşməyə razıdır – AĞ EV

Bayden Putinlə görüşməyə razıdır – AĞ EV

Hazırda oxunan: Bayden Putinlə görüşməyə razıdır – AĞ EV

61068

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Ev yayıb.

Ağ Evin sözçüsü Cen Psakinin yaydığı bəyanatda deyilir ki, "Prezident Bayden Ukraynanın işğalı baş tutmasa, Putinlə yenidən görüşməyə prinsipcə razılaşıb".

O, qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Ağ Evdən Bayden-Putin görüşü ilə bağlı AÇIQLAMA


Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib.

Kremlin fikrincə, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bir bəhanədir.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevi müdafiə etməklə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO