“Əl-Cəzirə” telekanalı Azərbaycanın Ermənistan üzərində qələbəsindən yazdı

“Əl-Cəzirə” telekanalı Azərbaycanın Ermənistan üzərində qələbəsindən yazdı

Hazırda oxunan: “Əl-Cəzirə” telekanalı Azərbaycanın Ermənistan üzərində qələbəsindən yazdı

6106

Dünyanın tanınmış media qurumlarından olan “Əl-Cəzirə” telekanalı Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsindən bəhs edən yazı yayımlayıb. 

Bizim.Media xəbər verir ki, yazıda ekspert rəylərinə və faktlara əsasən Azərbaycanın haqlı müharibəsindən maraqlı faktlar paylaşılıb.

Nəşr Azərbaycanın qələbəsini belə qeyd edir. Azərbaycan müasir hərbi sursatdan istifadə edib, Ermənistan isə Rusiya istehsalı olan köhnə silahlar işlədib.

Birinci Qarabağ müharibəsindən sonra işğal edilən Azərbaycan torpağında yalnız erməni etnik qruplar yaşayıb. Azərbaycanın 44 günlük qələbəsi ölkəyə yenilik gətirib və Azərbaycan xalqı öz torpaqlarını geri qaytarıb. 

Yazıda o da qeyd olunub ki, Ermənistanın 1990-cı ildə 30 mindən çox insanın ölümünə səbəb olan müharibədə haqsız olması onu siyasi və hərbi arenada sıxışdırırdı. 

Qələbə Azərbaycana 2800-ə yaxın hərbçiyə, onlarla mülki vətəndaşın ölümünə, milyard dollarlıq hərbi sursata başa gəldi.

Moskvanın vasitəçiliyi ilə noyabr ayında imzalanan sülh müqaviləsinə görə, rəsmi Bakı Dağlıq Qarabağın etnik azərbaycanlılar tərəfindən məskunlaşdığı əraziləri və Qarabağın ətrafındakı yeddi bölgəni geri aldı.

Azərbaycan necə qələbə çaldı?

Moskvanın siyasi eksperti Aleksey Malaşenko "Bu, texnikanın gücünə əldə olunumuş qələbə idi", - deyə “Əl-Cəzirə”yə bildirib.

Analitiklər hesab edirlər ki, Azərbaycan Orta Şərqdə sınaqdan keçirilmiş bahalı silahlara və yeni döyüş taktikalarına, düşmən isə 1990-cı illərdə əldə etdikləri Rusiya istehsalı olan silahlara və köhnəlmiş taktikalara güvənirdi.

Ermənistanın dəstəklədiyi qoşunlar böyük qruplarda və ya yük maşınlarında hərəkət edirdilər, səngərləri geniş, lakin dərin deyildi. Topları düzgün gizlədilməmişdi və günlərlə bir yerdə qalırdılar, bu da onları hava hücumu üçün asan bir hədəf edirdi.

Silahları müasir dövr üçün uyğun deyildi, döyüş təyyarələri uçuşa qalxmırdı.  

Rusiya istehsalı olan “Osa” və “Strela” zenit raket sistemləri Bakının müasir, ölümcül döyüş pilotsuz təyyarələri olan İHA - lara qarşı mübarizə apara bilmədi.  

Almaniyanın Bremen Universitetinin tədqiqatçısı Nikolay Mitroxin “Əl-Cəzirə”yə verdiyi açıqlamada "Göründüyü kimi, Dağlıq Qarabağın hərbçiləri 2010-cu illərdə İraq və Suriyada baş tutan müharibələri izləmədilər", - deyə bildirilib.

Türkiyənin Bayraktar TB2 və İsrail istehsalı olan dronlar da müharibədə həlledici rol oynayıb.

Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 10 dekabrda Sovet Birliyindən ayrılmış bir ölkənin digəri üzərində tarixin ilk hərbi Qələbə paradını Azərbaycan keçirib. 

Vüqar Ağamalıoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO