Rəsmi Moskva Ukraynanı “işğal” etməyi planlaşdırmır və hazırda bunu həyata keçirmir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov CBS telekanalının efirində bildirib.
“Heç bir işğal və bununla bağlı plan yoxdur. Biz heç bir ölkənin ərazisinə sahib çıxmağa çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir”, - Antonov bildirib.
Rusiyalı diplomat vurğulayıb ki, Ukraynadakı vəziyyətlə bağlı məsələ hazırda əsas deyil, ölkələrin bir-biri üçün möhkəm təhlükəsizlik təminatları hazırlaması daha vacibdir:
“Biz hər şeyin kağız üzərində olmasını, Rusiyanın təhlükəsizliyinin qanuni təminatlarını görmək istəyirik. NATO-nun növbəti genişlənməsi dalğasını görmək istəmirik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:15 / 20.02.2022
“Kreml Donbas və Luqanskı Ukraynanın ərazisi hesab edir” – Rusiyalı səfirin ETİRAFI
Hazırda oxunan: “Kreml Donbas və Luqanskı Ukraynanın ərazisi hesab edir” – Rusiyalı səfirin ETİRAFI
Hazırda oxunan: “Kreml Donbas və Luqanskı Ukraynanın ərazisi hesab edir” – Rusiyalı səfirin ETİRAFI
61049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.