Pərviz Şahbazov Münxendə Gürcüstanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşdü - DETALLAR

Pərviz Şahbazov Münxendə Gürcüstanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşdü - DETALLAR

Hazırda oxunan: Pərviz Şahbazov Münxendə Gürcüstanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşdü - DETALLAR

61034

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Cənubi Qafqazın inkişaf perspektivlərinə dair müzakirədə iştirak edib.

Bizim.Media Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Chatham House”un qaydalarına əsasən təşkil olunan tədbir bir gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Müzakirədə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Ümumdünya Bankının rəhbəri David Malpass, ATƏT-in baş katibi Helqa Mariya Şmid, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin direktoru İnqrid-Qabriela Xoven,  Almaniyanın dövlət katibi Niels Annen iştirak ediblər.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani müzakirəni son dərəcə maraqlı və məhsuldar adlandırıb. Jurnalistlərlə söhbətində o qeyd edib ki, Azərbaycan və Ermənistandan olan həmkarlar bir sıra məsələlərlə bağlı ölkələrinin mövqelərini təqdim ediblər.

O qeyd edib ki, təşəbbüs Cənubi Qafqazda mehriban qonşuluğa aiddir. Gürcüstan tərəfi qonşularına Tbilisidə konkret layihələri müzakirə etmək üçün platforma yaratmağı təklif edir.

Gürcüstan hesab edir ki, qonşu dövlətlərin iştirakı ilə iqtisadi layihələrin həyata keçirilməsi çəkindirici amillərdən birinə çevriləcək və xarici təhlükələri neytrallaşdıracaq ki, bu da regionun cəlbediciliyini artıracaq.

"Biz bu məsələdə tərəfdaşlardan tam dəstək almışıq, onlar da konkret layihələrin həyata keçirilməsi üçün vəsait ayırmağa hazırdırlar", - gürcü nazir yekunlaşdırıb.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti ilk dəfə 44 günlük müharibə zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etdiyini açıqlamışdı.

2021-ci ilin oktyabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisinin Bakı və  Bakı arasında moderator olacağı platformanın yaradılması təklifini rəsmən elan edib.

Eyni zamanda Gürcüstan izah edib ki, Tbilisi təşəbbüs çərçivəsində siyasi xarakterli məsələləri müzakirə etmək iddiasında deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO