Hulusi Akar Ukraynada hərbi əməliyyatlarla bağlı yayılan xəbərləri FEYK adlandırdı

Hulusi Akar Ukraynada hərbi əməliyyatlarla bağlı yayılan xəbərləri FEYK adlandırdı

Hazırda oxunan: Hulusi Akar Ukraynada hərbi əməliyyatlarla bağlı yayılan xəbərləri FEYK adlandırdı

60992

Ukraynada hərbi əməliyyatla bağlı mətbuatda yayılan xəbərlərə ehtiyatla yanaşmaq lazımdır, çünki onların bəziləri dezinformasiyadır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Orada hərbi aktivlik və bunun da müəyyən nəticələri var. Bu barədə mətbuatda bəzi məlumatlar yerləşdirilib, onlara çox diqqətlə yanaşmaq lazımdır. Çünki söhbət dezinformasiyadan, saxta xəbərlərdən gedir. Bu baxımdan, bir sıra arzuolunmaz vəziyyətlərin ortaya çıxmasının qarşısını almaq lazımdır”.

TASS türkiyəli nazirdən sitat gətirib.

Akar Münhen Təhlükəsizlik Konfransında Montrö Konvensiyası ətrafında yaranmış vəziyyətə münasibət bildirib:

"Biz konvensiyanın müddəalarının bütün tərəflər üçün faydalı olduğunu bildirdik. Qara dəniz sahilindəki ölkələrin təhlükəsiz və rahat şəraitdə yaşamalarını səmimi qəlbdən arzu edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO