Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasını toplayır

Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasını toplayır

Hazırda oxunan: Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasını toplayır

60979

ABŞ prezidenti Co Bayden Ukrayna məsələsi ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin mətbuat katibi Cen Psaki yayıb.

Onun sözlərinə görə, görüş bazar günü, fevralın 20-nə planlaşdırılıb.

Amerika lideri hazırda Rusiyanın Ukraynaya müdaxiləsi riskinin nə qədər yüksək olmasından narahatdır.

“Prezident Bayden Ukraynadakı hadisələri izləməkdə davam edir və onun milli təhlükəsizlik komandası müntəzəm olaraq yerdəki hadisələrlə bağlı məlumat alır. O, Rusiyanın istənilən vaxt Ukraynaya hücum edə biləcəyini təsdiqləyib”.

Korrespondent.net  nəşri Psakinin sözlərindən sitat gətirib.

O, qeyd edib ki, Ağ Ev rəhbəri artıq vitse-prezident Kamala Harrisin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO