Dünya COVID-19 pandemiyasından sonra baş verə biləcək yeni bir pandemiyaya hazır deyil.
Bizim.Media-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Forumda çıxış edən ÜST rəhbərindən yeni pandemiyanın qarşısının alınmasının mümkün olub-olmadığı soruşulub. Suala cavab verən T.Qebreyesus bildirib ki, hər şey seçimimizdən və nə qədər hazır olduğumuzdan asılıdır.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusdan sonra bizi hansı BƏLA gözləyir? – “Dünya iqtisadi ŞOK keçirəcək”
"Biz uzun müddətdir deyirdik ki, dünya hazır deyil və anidən pandemiya başladı. Mən hələ də dünyanın hazır olmadığını görürəm və bu məni narahat edir", - deyə ÜST-nin baş direktoru bildirib.
Bizim.Media