Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı – SƏBƏB 

Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı – SƏBƏB 

Hazırda oxunan: Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı – SƏBƏB 

60840

Prezident Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci il hərbi hazırlığı üçün xidmətə çağırılması haqqında fərman imzalayıb.

Bizim.MediaRİA Novosti”yə istinadən xəbər verir ki, sənəd rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: “2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik və federal təhlükəsizlik xidməti orqanlarında hərbi təlim keçməyə çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Məqsəd ehtiyatda olan rusiyalıların döyüş bacarıqlarının artırılmasıdır. Bu planlaşdırılmış tədbirdir və hər il həyata keçirilir.

Toplanışın maksimum müddəti iki ay üçün nəzərdə tutulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO