Tokayev kiril əlifbasının saxlanılmasında israrlıdır: “Tələsmək lazım deyil” 

Tokayev kiril əlifbasının saxlanılmasında israrlıdır: “Tələsmək lazım deyil” 

Hazırda oxunan: Tokayev kiril əlifbasının saxlanılmasında israrlıdır: “Tələsmək lazım deyil” 

60690

“Qazaxıstanda dil islahatı aparmaq lazımdır, lakin eyni zamanda latın əlifbasına keçməyə tələsmək lazım deyil” 

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu fikirləri Qasım-Jomart Tokayev dövlət televiziyasına verdiyi müsahibəsində deyib. 

“Bu məsələyə bütün ciddiliklə yanaşmaq lazımdır. Hərtərəfli müayinə tələb olunur. Dil siyasəti kimi məsələlərdə tələsmək olmaz, çünki bu, çox həssas mövzudur”, - Qazaxıstan prezidenti bildirib. 

Qasım-Jomart Tokayev vurğulayıb ki, söhbət islahatlardan yox, qazax dilinin qorunub saxlanmasının vacibliyindən gedir: 

“Başqa cür ola bilməz, çünki tarixin ən çətin anlarında dil müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanılıb”. 

Qeyd edək ki, 2017-ci ildə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev qazax dilinin 2025-ci ilə qədər kiril əlifbasından latına mərhələli keçilməsi haqqında fərman imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO