Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Hazırda oxunan: Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

606739

Macarıstanda keçirilən parlament seçkilərində sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq konstitusion çoxluq əldə edib.

Bizim.Media xəbər verir ki, səslərin 98,74%-nin hesablanmasının nəticələrinə əsasən, partiya 199 yerlik parlamentdə 138 mandat qazanıb. 

Qeyd edək ki, konstitusion çoxluq üçün minimum 133 mandat tələb olunur.

Bundan əlavə, hazırki Baş nazir Viktor Orban-ın rəhbərlik etdiyi “Fides” partiyası müttəfiqləri ilə birlikdə 54 yer əldə edib. Daha 7 mandat isə “Bizim Vətənimiz” partiyasına qismət olub.

Seçkilərdə seçici fəallığı da rekord həddə çatıb — 77,8%. Bu göstərici 2022-ci ildəki 69,5%-lik iştirak səviyyəsini xeyli üstələyib.

16 il hakimiyyətdə olan Viktor Orban artıq məğlubiyyətini etiraf edib və qalib gələn Peter Magyarı təbrik edib.

Qeyd edək ki, 45 yaşlı Peter Magyar daha əvvəl “Fides” partiyasının üzvü olub və dövlət strukturlarında çalışıb. Lakin 2024-cü ildə baş verən siyasi qalmaqaldan sonra o, müxalifətə keçib. Magyar bildirib ki, Macarıstanın Avropa İttifaqı və NATO ilə münasibətlərini bərpa etmək niyyətindədir.

Yeni baş nazirin 30 gün ərzində seçiləcəyi gözlənilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO