"TURKOVAC" bütün dövlət xəstəxanalarında tətbiq olunacaq

Hazırda oxunan: "TURKOVAC" bütün dövlət xəstəxanalarında tətbiq olunacaq

60671

Gələn həftədən etibarən yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı yerli "TURKOVAC" peyvəndi Türkiyənin bütün dövlət xəstəxanalarında əlçatan olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoca qeyd edib ki, Türkiyə xəstəxanalarında indiyədək TURKOVAC peyvəndinin 800 000 dozası paylanıb.

Nazir xatırladıb ki, türkiyəli mütəxəssislər yerli peyvəndin koronavirusun "omikron" ştamına uyğunlaşdırılması üzərində işləyirlər:

"Yerli vaksin heyvanlar üzərində sınaqdan keçirilir. İnanıram ki, sabah heyvanlara ikinci doza veriləcək. Biz mart ayına qədər TÜRKOVAC-ın "omikron" ştammına uyğunlaşdırılmasını başa çatdırmağı planlaşdırırıq". (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO