Tramp İrana silah verən ölkələri hədələdi - FOTO

Tramp İrana silah verən ölkələri hədələdi - FOTO

Hazırda oxunan: Tramp İrana silah verən ölkələri hədələdi - FOTO

605907

ABŞ Prezidenti Donald Tramp tarif və sanksiyaların ləğvi məsələsi ilə bağlı İranla danışıqların davam etdiriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

O qeyd edib ki, Vaşinqton Tehranla münasibətlərin yekun tənzimlənməsinə nail olmaq niyyətindədir.
 

Trampın sözlərinə görə, ABŞ planının 15 bəndindən böyük hissəsi artıq tərəflər arasında razılaşdırılıb. O vurğulayıb ki, ABŞ İranla sıx əməkdaşlığa ümid edir və bu ölkədə baş verən siyasi dəyişiklikləri “məhsuldar hakimiyyət dəyişikliyi” adlandırıb. Onun fikrincə, bu dəyişiklik dialoq üçün yeni imkanlar açır.


Amerika lideri həmçinin bildirib ki, gələcək razılaşmanın nəticəsinə əsasən İran uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq. Bu, Vaşinqtonun danışıqlar prosesində əsas tələblərindən biridir.

O əlavə edib ki, ABŞ İranla birlikdə nüvə yanacağını yerin altından çıxaracaq və onu ölkədən kənara aparacaq.

Bundan başqa, Tramp üçüncü ölkələrə qarşı mümkün iqtisadi tədbirlər barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, İrana silah tədarük edəcək dövlətlər 50 faizə qədər rüsumlarla üzləşə bilər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO