Ən az problemli Çin avtomobilləri – ADLARI AÇIQLANDI

Ən az problemli Çin avtomobilləri – ADLARI AÇIQLANDI

Hazırda oxunan: Ən az problemli Çin avtomobilləri – ADLARI AÇIQLANDI

605902

“J.D. Power” 2025-ci ilin may–dekabr ayları ərzində 21,1 min yeni elektromobil və hibrid avtomobil sahibini sorğulayıb. Bu zaman 14 kateqoriya üzrə 100 avtomobilə düşən ən az problemə malik modellər müəyyən edilib.

Bizim.Media xəbər verir ki, kiçik elektromobillər seqmentində ən yaxşı model “Wuling Hongguang Mini” seçilib.
 

Kompakt elektromobillər arasında “Geome Xingyuan” qalib olub, kompakt elektrik SUV kateqoriyasında isə “Deepal S05 Bev” birinci yeri tutub.


Orta ölçülü elektrik sedanları seqmentində “Nio ET5” və “ET5t” ən yaxşı hesab edilib. Orta ölçülü elektrik krossoverlər arasında “Luxeed R7 Bev” lider olub, böyük elektrik sedanları kateqoriyasında isə

“Xiaomi Su7” birinci yerdədir. Bundan əlavə, ən yaxşı elektrik SUV kimi “Xiaomi Yu7” seçilib. Premium elektromobillər seqmentində isə “Nio ES8” ən yaxşı model kimi tanınıb.

Qoşula bilən (plug-in) hibridlər arasında kütləvi seqmentdə “Galaxy Xingyao 8 Phev” qalib olub, kompakt hibrid krossoverlər kateqoriyasında isə “Chery Fulwin T9” seçilib.
 

Orta ölçülü Phev SUV-lar arasında birinci yer “Wey Lanshan Phev” modelinə verilib. Artırılmış yürüş ehtiyatına malik orta ölçülü SUV seqmentində “Aito M5” (Reev) ən yaxşı olub.


Premium Phev SUV-lar kateqoriyasında “Aito M9” (Reev) qalib gəlib, hibrid minivenlər sinfində isə “Voyah Dreamer Phev” birinci yeri tutub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO