İsrail Ordusu hücumları dayandırmaqdan İMTİNA ETDİ – “Əməliyyatlar davam edəcək”

İsrail Ordusu hücumları dayandırmaqdan İMTİNA ETDİ – “Əməliyyatlar davam edəcək”

Hazırda oxunan: İsrail Ordusu hücumları dayandırmaqdan İMTİNA ETDİ – “Əməliyyatlar davam edəcək”

605874

“İrana qarşı zərbələr dayandırılıb, lakin Livanda “Hizbullah”a qarşı əməliyyatlar davam edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
 

"Siyasi rəhbərliyin təlimatlarına uyğun olaraq, İDF İrana qarşı kampaniyada atəşi dayandırır, yüksək hazırlıq vəziyyətindədir və istənilən pozuntuya cavab verməyə hazırdır. Eyni zamanda, İDF Livanda terror təşkilatı Hizbullaha qarşı döyüş əməliyyatlarını, o cümlədən quru əməliyyatlarını davam etdirir", - deyə məlumatda qeyd olunub.


Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi də məlumat yayaraq bildirib ki, İsrail, İranın boğazları dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə prezident Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO