ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan XƏBƏRDARLIQ

ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan XƏBƏRDARLIQ

Hazırda oxunan: ABŞ İranla hərbi əməliyyatları asanlıqla bərpa edə bilər - Trampdan XƏBƏRDARLIQ

605868

ABŞ İranla məqbul sülh razılaşması əldə olunmadığı təqdirdə, güc ssenarisinə asanlıqla qayıtmağa hazırdır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Sky News” telekanalına müsahibəsində bildirib.

“Əgər bu, yaxşı razılaşma olmasa, biz buna (hərbi əməliyyatlara) çox asanlıqla qayıdacağıq”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Trampın sözlərinə görə, İranla danışıqlar artıq irəliləmiş mərhələdədir.

Aprelin 8-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazını tam açmağa və bu akvatoriyada gəmiçiliyin təhlükəsizliyini təmin etməyə razılaşıb.
 

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub.


İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
 

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.


Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO