ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

Hazırda oxunan: ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

605381

İran və ABŞ Pakistanın hazırlayıb təqdim etdiyi atəşkəs planını alıb. Bütün müddəalar aprelin 6-da razılaşdırıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi özəl mənbələrinə istinadən yayıb.

Məlumata görə, sənəd ikimərhələli yanaşma nəzərdə tutur: dərhal atəşkəslə başlayıb, ardınca hərtərəfli sazişin bağlanması.

Güman edilir ki, atəşkəs Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dərhal bərpasına imkan verəcək. Yekun saziş 15-20 gün ərzində əldə edilə bilər.
 

"Gözlənilir ki, sövdələşmə sanksiyaların yumşaldılması və xaricdəki aktivlərin dondurulmasının aradan qaldırılması müqabilində Tehranın nüvə proqramına məhdudiyyətləri əhatə edəcək", - deyə agentliyi məlumatlandıran mənbə bildirib.


Mənbə qeyd edib ki, ilkin anlaşmalar Pakistanın vasitəçiliyi ilə razılaşdırılmış memorandum şəklində rəsmiləşdirilə bilər.

Agentlik bəyan edib ki, məsələ ilə bağlı ABŞ və İran nümayəndələrindən hələlik rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO