ABŞ və İran arasında 45 günlük atəşkəs olacaq? - MÜZAKİRƏ APARILIR

ABŞ və İran arasında 45 günlük atəşkəs olacaq? - MÜZAKİRƏ APARILIR

Hazırda oxunan: ABŞ və İran arasında 45 günlük atəşkəs olacaq? - MÜZAKİRƏ APARILIR

605307

ABŞ və İran 45 günlük atəşkəs imkanlarını müzakirə edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Axios” portalı mənbələrə istinadla yayıb.

Məlumata görə, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.

Mənbələr “növbəti 48 saat ərzində razılığa gəlmək ehtimalının az olduğunu” bildirsələr də, bunun İranın mülki infrastrukturuna kütləvi zərbələr və Körfəz ölkələrində enerji və su obyektlərinə cavab hücumları ilə müşayiət oluna biləcək ciddi eskalasiyanın qarşısını almaq üçün vacib addım ola biləcəyini qeyd edirlər.

Portalın məlumatına görə, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər tərəflərin etimad yaradan addımlar atacağına ümid edirlər. Onlar, həmçinin Tehranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı müəyyən addımlar atmasını gözləyirlər.

“Axios” yazır ki, vasitəçilər, eyni zamanda Donald Tramp administrasiyasının atəşkəsin davamlı olacağına və münaqişənin yenidən başlamayacağına dair hansı təminatları verə biləcəyini də müzakirə edirlər.

Daha əvvəl Donald Tramp “Axios”a müsahibəsində aprelin 7-dək İranla razılaşma əldə etmək şansının yüksək olduğunu bildirmişdi. O, həmçinin “Truth” sosial platformasında İranın aprelin 6-dək Hörmüz boğazını açmayacağı təqdirdə, enerji və mülki infrastruktur obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO