Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Hazırda oxunan: Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

605283

ABŞ Prezidenti Donald Tramp İrana qarşı irəli sürdüyü ultimatumun vaxtını növbəti dəfə dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşım edib.

Amerika lideri Tehran rejiminə Hörmüz boğazını tam açmaq və ya enerji infrastrukturunun məhv edilməsi ilə üzləşmək üçün çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00-a qədər vaxt verib.

“Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”, – deyə Tramp qısa paylaşımında qeyd edib.

Xatırladaq ki, əvvəlki son tarix aprelin 6-sı, bazar ertəsi saat 20:00-da bitməli idi. Bu isə proses ərzində verilən növbəti uzadılmadır.

Məlumat üçün bildirək ki, martın 22-də ilkin olaraq 48 saatlıq vaxt verilmiş, daha sonra danışıqların gedişatına görə bu müddət əvvəlcə 5 gün, martın 26-da isə aprelin 6-na qədər daha 10 gün artırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO