ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Hazırda oxunan: ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

605232

İran üzərində vurulan ABŞ-a məxsus F-15E qırıcısının ekipaj üzvlərindən xilas edilən ikinci hərbçi artıq Küveytə çatdırılıb. 

Bizim.Media xəbər verir ki, ABŞ rəsmilərinə istinadən yayılan məlumatlara görə, söhbət rütbəcə polkovnik olan silah sistemləri zabitindən gedir.

O, bir sutkadan çox İran ərazisində, dağlıq bölgədə düşmən arxasında qalıb. Bu barədə əvvəlcə ABŞ mediası, o cümlədən Axios, CBS News və Reuters məlumat yayıb.

Məlumata görə, amerikalı xüsusi təyinatlılar ikinci ekipaj üzvünü xilas etmək üçün genişmiqyaslı əməliyyat keçiriblər. 
 

Axios yazır ki, əməliyyatda xüsusi təyinatlı bölmələrlə yanaşı, çoxsaylı aviasiya vasitələri iştirak edib. Nəşrin məlumatına əsasən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də itkin düşən zabitin yerinin müəyyənləşdirilməsi və İran tərəfini çaşdırmaq üçün dezinformasiya kampaniyasının qurulmasına cəlb olunub.


CBS News isə mənbələrinə istinadla bildirir ki, xilasetmə əməliyyatında onlarla xüsusi təyinatlı döyüşçü, eləcə də çoxsaylı döyüş təyyarələri və helikopterlər iştirak edib. ABŞ Prezidenti Donald Tramp da ekipaj üzvünün xilas edildiyini təsdiqləyərək onun yaralı olduğunu, lakin vəziyyətinin sabit olduğunu bildirib. 

Reuters yazır ki, xilasetmə zamanı iki ABŞ helikopteri atəşə məruz qalsa da ərazidən çıxmağı bacarıb, ən azı bir hava vasitəsi isə texniki nasazlıq səbəbindən tərk edilərək məhv edilib.

Bununla yanaşı, İran tərəfi əməliyyatın tam uğursuzluqla nəticələndiyini iddia edir.

İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi bildirib ki, xilasetmə cəhdi vaxtında müdaxilə nəticəsində iflasa uğrayıb və əməliyyat zamanı iki C-130 hərbi-nəqliyyat təyyarəsi ilə iki Black Hawk helikopteri məhv edilib. Reuters qeyd edir ki, bu iddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb və ABŞ tərəfinin versiyası ilə İranın açıqlaması bir-birinə zidd qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO