Kişi qonşusundan qisas almaq üçün bu üsula əl atdı - FOTO

Kişi qonşusundan qisas almaq üçün bu üsula əl atdı - FOTO

Hazırda oxunan: Kişi qonşusundan qisas almaq üçün bu üsula əl atdı - FOTO

605145

Çində qonşular arasında mübahisə qəribə qisas üsulu ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, yerli sakin qonşusundan intiqam almaq üçün hər gün səsucaldıcı vasitəsilə 10 saatdan çox kabus və ruhlar haqqında audioyazılar səsləndirib.

Hadisə Quançjou şəhərində baş verib və sonradan məhkəməyə qədər gedib çıxıb. Bu barədə South China Morning Post məlumat yayıb.
 

Məlumata görə, Li və Lu soyadlı şəxslər səsucaldıcını ortaq divara yaxın yerləşdirərək səhər 08:45-dən 12:00-dək, daha sonra isə 15:30-dan 22:00-dək ruhlar barədə hekayələri fasiləsiz dövrə ilə səsləndiriblər. Bununla da qonşunun mənzilində hər gün 10 saatdan artıq vahiməli səslər eşidilib.


Bildirilib ki, səs səviyyəsi qanunla icazə verilən həddən bir qədər aşağı saxlanılıb.

Buna baxmayaraq, bu “qisas aksiyası” təkcə hədəfə alınan qonşuya yox, yuxarı mərtəbədə yaşayanlara da ciddi narahatlıq yaradıb və onların normal həyatına mane olub.

Hadisə sosial şəbəkələrdə də istehza və müzakirə dalğası doğurub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO