Peruda stadion çöküb: ölən və yaralananlar var

Peruda stadion çöküb: ölən və yaralananlar var

Hazırda oxunan: Peruda stadion çöküb: ölən və yaralananlar var

605018

Peruda stadionun çökməsi nəticəsində 47 nəfər yaralanıb.

Perunun paytaxtı Lima şəhərindəki Alexandro Vilyanueva stadionunda böyük bir strukturun çökməsi hadisəsi baş verib. Nəticədə 47 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Peru Səhiyyə Nazirliyi sosial media hesabında paylaşım edib.
 

Xəbərdə qeyd olunub ki, iştirakçılardan biri aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Səhiyyə naziri Kisar Vaskes Sançes hadisə zamanı xəsarət alanların artıq paytaxt xəstəxanalarında müalicə aldığını təsdiqləyib.


"Ailələri sakitləşdirmək istəyirik. Yaralılara dərhal tibbi yardım göstərilib", - deyə nazir bildirib.

Nazir yaralıların qohumlarını sakit olmağa çağırıb və həkimlərin yaralıların vəziyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb. Hakimiyyət orqanları yaralılara fasiləsiz qulluq göstərmək üçün paytaxtdakı bütün xəstəxanalarda təcili vəziyyət elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO