Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Hazırda oxunan: Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

604798

ABŞ Prezidenti Donald Tramp Tehran razılığa gəlmədiyi təqdirdə, İrandakı körpüləri və elektrik stansiyalarını vurmaqla hədələyib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazıb:
 

“Dünyanın ən böyük və ən güclü (indiyədək!) ordumuz İranda qalanları məhv etməyə belə başlamayıb. Növbəti hədəflər körpülər, daha sonra isə elektrik stansiyalarıdır”.


O əlavə edib ki, İranın yeni rəhbərliyi “nə etməli olduğunu bilir və bunu tez bir zamanda etməlidir”.

Bir gün əvvəl Tramp həmvətənlərinə müraciətində bildirmişdi ki, əgər Tehran mübahisəli məsələlərin həlli üçün Vaşinqtonla razılığa gəlməkdən imtina edərsə, İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirməyə hazırdır 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO