Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişdən, ona bağlı protokoldan və Almatı Bəyannaməsindən çıxmasına dair qanun layihəsini birinci oxunuşda qəbul edib. Qərar parlamentdə keçirilən səsvermə zamanı dəstəklənib.
Bizim.Media xəbər verir ki, bu barədə Moldpres yazıb.
Mənbə qeyd edir ki, bu addım Kişineunun MDB ilə hüquqi bağlarını mərhələli şəkildə dayandırmaq xəttinin tərkib hissəsidir.
Moldova hakimiyyəti hesab edir ki, MDB artıq ölkənin maraqlarına cavab vermir və təşkilat öz təsis prinsiplərinə, o cümlədən üzv dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət prinsipinə əməl etmir.
Reuters daha əvvəl yazmışdı ki, Kişineu 2023-cü ildən bəri MDB-nin fəaliyyətində faktiki iştirak etmir və indi çıxışın hüquqi mexanizmini tamamlayır.
Qanun layihəsi hələ parlamentdə növbəti mərhələdən də keçməlidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:48 / 02.04.2026
Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi
Hazırda oxunan: Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi
Hazırda oxunan: Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi
604626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































