Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla bağlı sərt bəyanatla çıxış edib.
O bildirib ki, İrəvanın addımları elə bir nöqtəyə yaxınlaşır ki, bundan sonra Moskva bu ölkə ilə iqtisadi münasibətlərini fərqli formada qurmağa məcbur qala bilər.
Bizim.Media xəbər verir ki, Overçukun bu fikirləri TASS-a müsahibəsində səsləndirilib.
Rusiya rəsmisi qeyd edib ki, Ermənistan tərəfinin sözləri ilə atdığı addımlar arasında ziddiyyət var.
Onun sözlərinə görə, “sözlərlə əməlləri tutuşduranda” belə nəticə yaranır ki, Rusiya Ermənistanla iqtisadi əlaqələrə yenidən baxmalı ola biləcəyi həddə çox yaxınlaşır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:09 / 02.04.2026
Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır
Hazırda oxunan: Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır
Hazırda oxunan: Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır
604556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































