ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 19 faiz azalıb

ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 19 faiz azalıb

Hazırda oxunan: ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 19 faiz azalıb

0:00
0:00
60453

Ötən həftə dünyada COVID-19 infeksiyasına 16 milyon 97 min 642 yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 19 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı 4 faiz artaraq 74 min 494 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu faktlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alır.

Məlumata görə, ötən həftə Qərbi Sakit okean regionunda yoluxma halları 19 faiz artsa da, digər regionlarda azalma müşahidə olunub. Yoluxma sayındakı azalmalar Cənub-Şərqi Asiyada 37, Amerikada 32, Afrikada 30, Avropada 16, Şərqi Aralıq dənizi regionunda isə 12 faiz təşkil edib.

Həftəlik ölüm sayı Şərqi Aralıq dənizi regionunda 38 faiz, Qərbi Sakit okean regionunda 27 faiz, Afrikada 14 faiz, Amerikada 5 faiz artıb. Eyni zamanda, Avropada bu göstərici dəyişməz qalıb, Cənub-Şərqi Asiya regionunda isə 9 faiz azalıb.
Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib.

Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa yoluxanların sayı 416 milyon 440 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 858 min 925 nəfərə çatıb, 339 milyon 357 min nəfər bu xəstəlikdən sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO