Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Hazırda oxunan: Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

604500

Cənubi Koreyadakı kiçik bir şəhər - Honqsonq qraflığının Eunha-myeon rayonu 17 ildən sonra ilk körpəsini qarşılayıb.

Bizim.Media xəbər verir ki, martın 19-da dünyaya gələn körpə kambocalı immiqrantın ailəsində doğulub. 
 

Yeni doğulmuş körpənin şərəfinə əsas küçədə təbrik banneri də yerləşdirilib. Yerli hakimiyyət orqanları bu hadisəni son illərdə əhalisinin kəskin şəkildə azaldığı şəhər üçün "xüsusi hədiyyə" adlandırıblar.


Bununla yanaşı, sakinlər daha bir müsbət əlaməti qeyd ediblər: kəndin yeganə məktəbinə dörd yeni şagird qəbul olunub və bununla da şagirdlərin ümumi sayı 17-yə çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO