Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Hazırda oxunan: Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

604420

Çində dövlətə məxsus enerji nəhəngi "China Datang"ın keçmiş baş direktoru Kou Vey rüşvət və mənimsəmə ittihamları üzrə iki illik möhlətlə ölüm cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Çin mediası yazıb.

Mənbə qeyd edir ki, o, 154 milyon yuandan çox rüşvət almaqda təqsirli bilinib. China Daily-də də bu hökm “death with reprieve” kimi qeyd olunur.
 

Məlumata əsasən, məhkəmə Kou Veyi ömürlük siyasi hüquqlardan məhrum edib, bütün şəxsi əmlakının müsadirə olunmasına qərar verib. Çin hüquq sistemində bu cür hökm adətən iki illik möhlət dövründə əlavə ağır cinayət baş verməzsə, sonradan ömürlük həbs cəzası ilə əvəz oluna bilir.


Kou Veyin işi Çində korrupsiyaya qarşı kampaniyanın davamı kimi qiymətləndirilir. O, əvvəlcə Kommunist Partiyasından xaric edilmiş, daha sonra prokurorluğa verilmişdi.

Xinhua və China Daily-nin məlumatına görə, istintaq onun səlahiyyətlərindən sui-istifadə etdiyini, iri məbləğdə dövlət vəsaitini mənimsədiyini və layihə müqavilələri qarşılığında qanunsuz üstünlüklər verdiyini müəyyən etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO