Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Hazırda oxunan: Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

604317

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il dünya çempionatının pley-off finalında Kosovonu 1:0 hesabı ilə məğlub edərək mundialın final mərhələsinə vəsiqə qazanan A Milli Futbol Komandasını təbrik edib.

Bizim.Media xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabında paylaşdığı mesajda “Bizim uşaqlar” adlandırdığı Türkiyə millisinin 24 ildən sonra yenidən futbolun ən böyük səhnəsində ay-ulduzlu bayrağı dalğalandıracağını bildirib.

Türkiyə lideri milli komandaya qrup mərhələsində Avstraliya, Paraqvay və ABŞ-a qarşı keçiriləcək oyunlarda, eləcə də finala qədər irəliləyəcəyinə ümid etdiyi növbəti qarşılaşmalarda uğurlar arzulayıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə millisi həmişə olduğu kimi ay-ulduzlu formanı qələbədən-qələbəyə daşıyacaq və xalqın qürur mənbəyinə çevriləcək.

O, paylaşımının sonunda bütün futbolçuları ürəkdən təbrik etdiyini və onların alnından öpdüyünü qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO