Türkiyənin Hakkari vilayətində hüquq-mühafizə orqanları tərəfindən ölkə tarixinin ən böyük kibercinayətkarlıq əməliyyatlarından biri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyri-qanuni mərc və dələduzluq şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 52 şübhəli şəxs saxlanılıb. Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə aparılan kiberpatrul və texniki analizlər zamanı cinayətkar qruplaşmanın fantastik məbləğdə pul dövriyyəsi üzə çıxıb.
Şəbəkənin idarə etdiyi vəsaitin həcmi təxminən 20 milyard TL (təxminən 450 milyon dollar) təşkil edir.
Bu rəqəmin Türkiyədə indiyə qədər kibercinayətlər sahəsində müəyyən edilmiş ən yüksək məbləğ olduğu bildirilir.
Bizim.Media
































































































