“İrana qarşı hərbi əməliyyatların dayandırılması normallaşmanın əsas şərtidir”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Pezeşkian Avropa Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı bildirib.
“Vəziyyətin normallaşdırılması üçün həll yolu ABŞ və İsrailin təcavüzünü dayandırmasıdır. Biz heç bir mərhələdə gərginliyə və müharibəyə can atmamışıq və müəyyən şərtlərə əməl olunacağı təqdirdə, xüsusilə də təcavüzün təkrarlanmayacağına dair zəruri zəmanətlər olduğu halda, bu müharibəni başa çatdırmaq üçün kifayət qədər iradəyə malikik.
Bu müharibəyə və regiondakı mövcud vəziyyətə istənilən bəhanə ilə ediləcək hər hansı xarici müdaxilə təhlükəli nəticələrə səbəb olacaq”, - deyə Pezeşkian deyib.
Bizim.Media
































































































