İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, İran ətrafındakı münaqişənin nə zaman bitəcəyi görünmür, həm də onun dəqiq məqsədləri aydın deyil.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Radio Euskadi radiosuna müsahibəsində səsləndirib.
Nazirin sözlərinə görə, İspaniya münaqişənin ilk günündən etibarən gərginliyin azaldılmasına, tərəflərin danışıqlar masasına qayıtmasına və dialoqa çağırıb.
O əlavə edib ki, Pakistanın Səudiyyə Ərəbistanı, Türkiyə və Misirlə vasitəçilik səylərinin nəticə verəcəyinə ümid var, lakin eyni zamanda regionda hərbi qüvvələrin cəmləşməsi “yaxşı heç nə vəd etmir”.
Bu açıqlama İspaniyanın İran müharibəsi ilə bağlı sərt mövqeyi fonunda səslənib.
Reuters və AP-nin məlumatına görə, Madrid artıq ABŞ hərbi təyyarələrinin İranla bağlı əməliyyatlar üçün İspaniya hava məkanından istifadəsini də qadağan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:12 / 31.03.2026
İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür
Hazırda oxunan: İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür
Hazırda oxunan: İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür
604222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































