Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmasına dair ABŞ və İran arasında danışıqlar keçirilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlardan sonra brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, hər iki tərəf arasında danışıqlara ev sahibliyi etmək Pakistan üçün şərəfdir:
"İran və ABŞ-nin danışıqlara yardım məsələsində Pakistana etimad göstərməklərindən çox şadıq".
Xatırladaq ki, bu gün Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:33 / 29.03.2026
Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?
Hazırda oxunan: Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?
Hazırda oxunan: Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?
603974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































