G7 xarici işlər nazirləri Ukrayna ilə bağlı təcili toplantı keçirəcək – Zelenski də qatılacaq

G7 xarici işlər nazirləri Ukrayna ilə bağlı təcili toplantı keçirəcək – Zelenski də qatılacaq

Hazırda oxunan: G7 xarici işlər nazirləri Ukrayna ilə bağlı təcili toplantı keçirəcək – Zelenski də qatılacaq

60385

Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinin bu həftə Almaniyada fövqəladə toplantı keçirməsi planlaşdırılır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, G7 xarici işlər nazirlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı (MCB) çərçivəsində keçiriləcək.

Agentliyin hökumətdəki mənbələrinə görə, görüşün mövzusu Ukrayna ətrafındakı vəziyyət olmalıdır. Yaponiyadan isə xarici işlər naziri Yoşimasa Hayaşi görüşdə iştirak etməlidir.

Fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35-ə yaxın dövlət və hökumət başçısı iştirak edəcək. ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin, Almaniya nümayəndə heyətinə isə kansler Olaf Şolzun rəhbərlik edəcəyi gözlənilir. Konfransa Ukrayna prezidenti Vladimir Zelenski də qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO