Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Hazırda oxunan: Hörmüz boğazı BAĞLANDI

603609

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İsrail və ABŞ ilə əlaqəli gəmilərin keçidinə qarşı “sərt tədbirlər” görüləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, SEPAH İsrail, ABŞ, eləcə də onların müttəfiqlərinin və dəstəkçilərinin limanlarına gedən və onlardan gələn yük gəmilərinin hər hansı bir su yolu və ya istiqamət üzrə keçidi qadağan olunur.

SEPAH-ın məlumatına görə, Hörmüz boğazı bağlıdır və su yolu ilə ediləcək hər hansı tranzitə “sərt tədbirlərlə” cavab veriləcək.

Məlumatlara görə, müxtəlif ölkələrə aid 3 konteyner gəmisi SEPAH donanmasının xəbərdarlıqlarından sonra boğazdan geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO