Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Hazırda oxunan: Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

603353

Qazaxıstanın Baş naziri Oljas Bektenov və Rusiya hökumətinin sədri Mixail Mişustin Astanada görüşüblər.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabineti məlumat yayıb.

Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı Xəzər dənizi ekosisteminin qorunması və ekoloji təşəbbüslərin həyata keçirilməsi üçün birgə səylər müzakirə olunub.
 

Qeyd olunub ki, Qazaxıstan Xəzər dənizi səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq və ekoloji vəziyyətin sabitləşdirilməsinə yönəlmiş bütün Xəzəryanı dövlətlər arasında sistemli və əlaqələndirilmiş əməkdaşlığın tərəfdarıdır.


Vurğulanıb ki, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Xəzərin Su Ehtiyatlarının Qorunması üzrə dövlətlərarası proqramın layihəsi hazırlanır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO