Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Hazırda oxunan: Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

603239

“İran nüvə silahı əldə etmək planlarından birdəfəlik imtina etməyə razıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib.

"Bunu əvvəlcədən mühakimə etmək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO