Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Hazırda oxunan: Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

603228

Malayziyada nadir hadisə baş verib – dünyanın ən bahalı yeni avtomobillərindən biri olan Rolls-Royce Droptail ictimaiyyət qarşısına çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu eksklüziv avtomobil Cohor sarayında keçirilən açıq qapı günündə nümayiş etdirilib.
 

Məlumata görə, dəyəri 100 milyon rinqgitdən (təxminən 30 milyon dollardan çox) olan bu model demək olar ki, heç vaxt açıq şəkildə göstərilmir. Avtomobili şəxsən Cohor sultanı – Sultan İbrahim idarə edib.


Qeyd edək ki, Rolls-Royce Droptail dünyada cəmi 4 ədəd istehsal olunub və hər biri sifariş əsasında, tam fərdi dizaynla hazırlanıb. Avtomobilin həm interyeri, həm də eksteryeri yüksək səviyyədə əl işi ilə hazırlanır və hər detal müştərinin istəklərinə uyğun formalaşdırılır. (Müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO