Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Hazırda oxunan: Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

603121

Pulu almaq üçün bir neçə meyara cavab verməlisiniz.

İsveçrəyə  köçmək üçün 27.665 avroya qədər (təxminən 54 min manat) təklif edir, lakin əsas bir məqam var.

Bu, əhalisinin azalmasından əziyyət çəkən İsveçrə Alp dağlarında yerləşən mənzərəli Albinen kəndidir.

Bizim.Media xəbər verir ki, təxminən 260 nəfər əhalisi olan kəndin yerli hakimiyyət orqanları adambaşına təxminən 25.000 İsveçrə frankı məbləğində maliyyə stimulu ilə yeni sakinləri cəlb etmək qərarına gəliblər.

Kənd açıqcaya bənzəyir: dağlar, yaşıl təpələr və rahat evlər.

Səyahət bloqçusu Ben Morris bu yeri ziyarət edib və inanılmaz dərəcədə gözəl olmasına baxmayaraq, "səhra kimi sakit" olduğunu qeyd edib.

Lakin səxavətli təklifin arxasında ciddi şərtlər dayanır.

Pulu almaq üçün ən azı 200.000 İsveçrə frankı dəyərində bir ev almalı, tikməli və ya əsaslı şəkildə təmir etməlisiniz. Bu, yay kotteci deyil, əsas yaşayış yeriniz olmalıdır.

Həmçinin kənddə ən azı 10 il yaşamalısınız.

Digər məhdudiyyətlər də var: ərizəçinin yaşı 45-dən az olmalı və İsveçrə vətəndaşlığına və ya daimi yaşayış icazəsinə (C kateqoriyalı icazə) malik olmalıdır.

Bu qaydalar gəncləri və ailələri bölgəyə cəlb etmək və qəsəbənin azalmasının qarşısını almaq üçün tətbiq edilib. Nəticədə, təklif ilk baxışdan göründüyü qədər sadə deyil. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO