Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Hazırda oxunan: Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

602958

Air Canada Express aviaşirkətinə məxsus, Monreal (Kanada) şəhərindən uçuş həyata keçirən təyyarə LaGuardia Airport (ABŞ, Nyu-York) hava limanına eniş zamanı yerüstü nəqliyyat vasitəsi ilə toqquşub. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi Flightradar24 məlumatlarına istinadən məlumat yayıb.
 

Agentliyin məlumatına görə, Federal Aviation Administration (FAA) hava limanında bütün uçuşların (gəliş və gedişlərin) müvəqqəti dayandırılmasını nəzərdə tutan “ground stop” rejimi tətbiq edib. Bu rejim Qrinviç vaxtı ilə saat 05:30-a (Bakı vaxtı ilə 09:30) qədər qüvvədədir.


FAA-nın açıqlamasında bildirilir ki, bu qərar fövqəladə vəziyyətlə əlaqədardır. Məhdudiyyətlərin uzadılması ehtimalının yüksək olduğu qeyd olunsa da, əlavə təfərrüatlar açıqlanmayıb.

Pilotlar üçün yayımlanan ayrıca bildirişdə isə hava limanının Qrinviç vaxtı ilə saat 18:00-a (Bakı vaxtı ilə 22:00) qədər bağlı qala biləcəyi bildirilib.

Agentlik həmçinin qeyd edir ki, sosial şəbəkələrdə yayılan və hələ təsdiqlənməmiş videolarda təyyarənin burun hissəsində zədələnmələrin olduğu görünür. Air Canada, FAA və Nyu-York yanğın xidməti hələlik sorğulara cavab verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO