İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Hazırda oxunan: İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

602400

İran ətrafındakı müharibə uzansa, Avropa iqtisadiyyatı üçün ciddi risklər yarana bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Sorbonna Universitetinin dosenti, “ACT” tədqiqat mərkəzində heterodoks makroiqtisadiyyat istiqamətinin koordinatoru Dani Lanq danışıb.

Onun sözlərinə görə, bu halda Avropada inflyasiya 2 faiz hədəfini aşacaq, neft bahalaşması isə qiymət artımını daha da sürətləndirəcək. Bu fikir onun minval.az-a verdiyi müsahibədə səsləndirilib.
 

Lanq bildirib ki, ABŞ və müttəfiqlərinin Yaxın Şərqə hərbi müdaxilələri fonunda Brent markalı neftin qiyməti ilin əvvəlindəki təxminən 60 dollardan əvvəlcə martın əvvəlində 70 dollara, daha sonra isə münaqişə genişləndikdən sonra 100 dollardan yuxarı səviyyəyə qalxıb. Onun sözlərinə görə, Avropa iqtisadiyyatları hələ də böyük ölçüdə neftdən asılıdır və hökumətlər enerji qiymətlərinə nəzarət etməsələr, bu, digər bütün qiymətlərə ciddi təsir göstərəcək.


İqtisadçı hesab edir ki, bu şəraitdə Avropa Mərkəzi Bankının hədəflədiyi 2 faizlik inflyasiya səviyyəsini qorumaq çətin olacaq. Reuters-in son materiallarında da qeyd olunur ki, İranla bağlı müharibə fonunda enerji qiymətlərinin artması Avrozonada yeni inflyasiya dalğası qorxusunu gücləndirib və bazarlar artıq qiymət artımının yenidən sürətlənəcəyini nəzərə almağa başlayıb.

Lanq vurğulayıb ki, Avropa Mərkəzi Bankının siyasəti bu proseslərin hamısına nəzarət edə bilməz. Onun fikrincə, neft və qaz qiymətləri yüksəlməkdə davam edərsə, şirkətlər əlavə mənfəət əldə etmək üçün marjalarını böyütməyə çalışacaq və bu da inflyasiyanı daha da artıracaq. Reuters də yazır ki, ECB hazırda faizləri sabit saxlasa da, enerji qiymətlərinin uzun müddət yüksək qalması vəziyyəti dəyişə bilər.
 

Ekspertin fikrincə, ən pis ssenaridə Avropa Mərkəzi Bankı faiz dərəcələrini qaldırmağa məcbur qala bilər. Bu isə iqtisadi artımı zəiflədə, hətta bəzi ölkələrdə tənəzzül riskini artıra bilər. Lanq hesab edir ki, bu cür addım əmək bazarı üçün də mənfi nəticələr verə bilər və inflyasiyanın qarşısını almaqda həmişə effektiv olmur.


Beləliklə, Sorbonna Universitetinin dosenti hesab edir ki, İranla bağlı müharibə uzandıqca Avropa yalnız enerji böhranı ilə deyil, həm də daha yüksək inflyasiya, zəifləyən iqtisadi artım və mümkün resessiya təhlükəsi ilə üzləşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO